Hİdrosoyutma avadanlığının üstünlüklərİ

İlkin hidrosoyutma faydaları:
  • meyvələrin inkişafı və ya yetişməsinin gecikməsinə nail olur; 
  • biokimyəvi, mikrobioloji və fiziki proseslərin gedişat sürətini azaldır;
  • çəki itkisinin qarşısını alır;
  • fitopatogen bakteriyaların, kif göbələklərinin, mayaların inkişafının qarşısını alır;
  • məhsulun qida və bioloji dəyərini qoruyub saxlayır;
  • dad keyfiyyətləri və əmtəə növünü qoruyub saxlayır;
  • məhsulun saxlanma müddətini (növ və cinsdən asılı olaraq) bir neçə ayadək uzadır;
  • aqrokulturaları şok dondurma (zamarozka) prosesinə hazırlayaraq, bu zaman sonrakı emala zaman sərfiyyatını (istehsal xərclərini) azaldır;
  • məhsulların daşınması, saxlanması və satışı ilə bağlı itkiləri minimuma endirməyə imkan verir.

Hidrokuler soyuducu kameraya müxtəlif meyvı-tərəvəzlərin eyni zamanda və ya partiyalarla yüklənməsini həyata keçirməyə imkan verir, proses istiliyin kənarlaşdırılmasının yüksək sürəti və stabil temperatur rejiminin qorunub saxlanması ilə xarakterizə olunur. Rejim seçimi hər bir meyvə və ya tərəvəzin yığımdan sonrakı yetişmə sürətinə əsaslanır.

Hidrosoyutma qeyri-üzvi fosforun toplanmasını azaldır, protopektinin, boyaq maddələrinin, üzvi turşuların miqdarının azalmasını yubadır ki, bu da toxumaların qocalmasını (yetişməsini) gecikdirir. Qocalmanın (yetişmənin) yubanması prosesi və patogen mikroorqanizmlərə qarşı davamlılığın stabilləşdirilməsi istər uzun müddət saxlanılan, istərsə də saxlanma müddəti qısa olan məhsullar üçün vacibdir. Bu soyudulan məhsulun istehlak xüsusiyyatlarını qoruyub saxlamağa imkan verir.

Meyvə - tərəvəzlərin yığılması ilə onların ilkin soyudulma sisteminə yüklənməsi arasında olan zaman kəsmiyi, soyudulan məhsulun keyfiyyətinə mühüm təsir göstərir. Əksər bitkilər üçün şoklamaya, optimal başlanma vaxtı 1 saatdan 4 saatadək təşkil edir, bu zaman kəsmiyinin artdığı halda, məhsulun əhəmiyyətli çəki itkisi, faydalı vitaminlər və mikroelementlərin miqdarının azalması, patogen orqanizmlərin artması baş verir.

Meyvə - tərəvəzlərin intensiv soyudulması üçün hidrokuler patogen mikroorqanizmlərə və çəki itkisinə qarşı davamlılığı artırır. Suya antiseptiklər əlavə edilə bilər.