Agrosystems haqqında

Ən doğru həlləİ təqdİm edİrİk

Komandamız artıq 5 ildir ki, kənd təssərüfatı sektorunda yaranan problemləri aradan qaldırmaq üçün fəaliyyət göstərir. Bu günədək tərəfimizdən dünyada rəqabəti olmayan avadanlıqların istehsalı müştərilərimizə daha yüksək satışlara nail olmağa kömək edir. Təklifimizdə şoklama aparatına xüsusi diqqət yetirmək istəyirik.

Bu sahədə hansı problemlər mövcuddur?

1 Bir sıra Avropa ölkələrinin istehsalçıları suçiləmə sistemini eyni qaydada, bir boru vasitəsi ilə həyata keçirirlər ki, bu da suyun bərabər paylanmasını tam təmin edə bilmir. Nəticədə lentin üzərində hərəkət edən meyvələrin bir qismi şoklamanı tam ala bilmir
2 Filtr sistemi vannadakı su kütləsinin həcminə uyğun deyil (Avropada gilas kombayn vasitəsilə yığıldığından, gilasın gülü dərmə zamanı xaric edilir). Buna görə də iş saatı ərzində filtrlərin bir neçə dəfə təmizlənməsi zərurəti yaranır
3 Soyudulmuş suyun hərarətinin vannada stabil olaraq 0,5-1 dərəcə arasında qalması mümkün olmur, hətta konveyer xəttinin sürətini azaltmaq da bu problemi aradan qaldırmır.
4 İstehsalçılar saatda 3-5 ton keçirici gücdən artığına nail ola bilmirlər.

Nİyə məhz bİz?

Yerli istehsal
Komandamızın fəaliyyəti onu təsdiqləyir ki, ölkəmiz dünyada mövcud olan təkliflərdən daha yaxşısını etmək imkanına sahibdir. Yerli istehsalın olması həm də yerli müştərilərin bir çox məsələdə işini asanlaşdırır.
Daha effektiv həllər
İstifadə etdiyimiz texnologiyalar sayəsində istehsal etdiyimiz avadanlıqların gücü və keyfiyyəti bazarda mövcud olan avadanlıqlardan qat-qat üstündür.
40 faizədək daha sərfəli qiymət təklifləri
Yaratdığımız texnologiya əsasında daha sərfəli qiymətə daha yüksək keyfiyyət təklif edirik.
Dövlət proqramına qoşulma imkanı
Dövlətimiz tərəfindən yerli sahibkarlar üçün dəstək proqramı çərçivəsində 40% subsidiyanın əldə edilməsinə köməklik göstərəcəyik.
1 illik zəmanət veririk
İstehsalın Azərbaycanda olduğuna görə müştərilərimizə servis dəstəyini daha asan edirik

Nə etdİk?

Komandamız tərəfindən bu nöqsanlar nəzərə alınaraq, bu mövzuda tədqiqatlar aparılmışdır. Bir çox elmi tədqiqat institutlarının yardımı sayəsində, bu nöqsanlar aradan qaldırılmışdır. Nəticədə ölkəmizin kənd təsərrüfatı sektorunda müasir vəziyyətə tam uyğunlaşdırılmış hidrokuleri sizə təqdim edirik.

2022-ci ilin fevral, mart və aprel ayları ərzində Azərbaycan Standartlaşma İnstitutu tərəfindən hidrokulerin texniki şərtləri hazırlanaraq aidiyyatı qurumlar tərəfindən təsdiqlənmişdir. Nəticə etibarı ilə 13 aprel 2022-ci ildə Azərbaycan Respublikası Malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə AZ031 ASİ.35.01.00445.22 nömrəli uyğunluq sertifikatı verilmişdir.

Ətraflı məlumat üçün əlaqə saxlayın